"İNNOVA" İnnovativ Reklamçılıq Şirkəti Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin tabeliyində yaradılmış MMC-dir. INNOVA İRŞ MMC açıq məkanda reklam sahəsinin idarə edilməsi, tənzimlənməsi və inkişafı ilə məşğul olan dövlət şirkətidir.
Biz şəhər mühitinin estetik bütövlüyünü qoruyaraq, müasir reklam texnologiyalarından istifadə etməklə brendləri geniş auditoriyaya çatdırırıq. Şəffaf, rəqəmsal və innovativ yanaşmamızla Azərbaycanda OOH bazarını transformasiya edirik.
Şirkətimiz 2020-ci ildə yaradılmış və qısa müddət ərzində ölkənin aparıcı açıq reklam platformasına çevrilmişdir. Bu gün 100-dən çox reklam qurğusu, 140-dan çox müştəri ilə fəaliyyət göstəririk.
Açıq məkanda reklam sahəsini şəffaf, innovativ və müasir standartlarla idarə edirik
Reklam sektorunda innovativ və rəqəmsal həllər tətbiq etməklə reklam ekosisteminin səmərəliliyini, şəffaflığını və dayanıqlı inkişafını təmin edən etibarlı xidmətlər göstərmək.
İnnovasiya, rəqəmsallaşma və qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan həlləri ilə ölkənin reklam sektorunun inkişafına istiqamət verən aparıcı reklam texnologiyaları və xidmətləri şirkəti olmaq.
Fəaliyyətimizi yönləndirən əsas prinsiplər