İNNOVA haqqında
Açıq məkanda reklam sahəsində yeni standartlar yaradan, şəffaflıq və innovasiya prinsipləri ilə fəaliyyət göstərən dövlət şirkəti
Missiyamız
Reklam sektorunda innovativ və rəqəmsal həllər tətbiq etməklə reklam ekosisteminin səmərəliliyini, şəffaflığını və dayanıqlı inkişafını təmin edən etibarlı xidmətlər göstərmək.
Baxışımız
İnnovasiya, rəqəmsallaşma və qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan həlləri ilə ölkənin reklam sektorunun inkişafına istiqamət verən aparıcı reklam texnologiyaları və xidmətləri şirkəti olmaq.
Fəaliyyət istiqamətləri
🌐
Beynəlxalq təcrübə və innovasiyalar
Açıq məkanda reklam sahəsində qabaqcıl beynəlxalq təcrübənin və elmi-texniki nailiyyətlərin öyrənilməsi və tətbiqi
📊
Araşdırma və analiz
Sahibkarlıq fəaliyyətinin effektiv həyata keçirilməsi üçün araşdırma, analiz və qiymətləndirmənin aparılması
⚙️
Mərkəzləşdirilmiş idarəetmə
Müasir informasiya-kommunikasiya texnologiyaları ilə reklam yayımının mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması
📋
Layihə hazırlığı
Reklamverici və reklamyayıcı şirkətlərin sifarişi əsasında müvafiq layihələrin hazırlanması və həyata keçirilməsi
🎯
Tənzimləmə və nəzarət
Reklam yayımı sahəsində fəaliyyətin tənzimlənməsi və müqavilələrə əməl olunmasına nəzarət
💡
Dizayn və istehsal
Reklam, dizayn və tərtibat üzrə layihə və eskizlərin hazırlanması, reklam materiallarının istehsalı
📈
Marketinq xidmətləri
Reklam fəaliyyətinin marketinginin həyata keçirilməsi və satışı stimullaşdıran tədbirlər
📚
Təlim və konsaltinq
Treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün konsaltinq xidmətləri
🏛️
Dövlət xidmətlərinin təşviqi
Dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərin təşviqi və geniş kütləyə çatdırılması
🏆
Rəqabət qabiliyyətinin artırılması
Reklam sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin artırılması
🌐
Xarici bazarlara çıxış
Yerli sahibkarların beynəlxalq bazarlara çıxış imkanlarının təmin olunması